Ötən il Azərbaycandan Özbəkistana 10,4 min vətəndaş səfər edib

Tokio, 18 yanvar , /AJMEDIA/

Ötən il Azərbaycandan Özbəkistana 10,4 min vətəndaş turizm məqsədilə səfər edib.
AJMEDIA Özbəkistan mətbuatına istinadla xəbər verir ki, 2022-ci ildə bu ölkəni 5,2 milyon turist ziyarət edib. Özbəkistan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu rəqəm 2021-ci illə müqayisədə 3,4 milyon və ya təxminən 2,9 dəfə çoxdur. Hesabat ilində Özbəkistanı ziyarət edənlərin siyahısında Qazaxıstan (1551,1 min nəfər) ilk yerdə, Çin (5,4 min nəfər) isə sonuncu yerdə qərarlaşıb.
Xatırladaq ki, təkcə Səmərqənddəki dünyaca məşhur Registan ansamblını ötən il 1 milyon 27 min 951 yerli və xarici turist ziyarət edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts