Ötən il ANAMA-nın minaaxtaranları tərəfindən 6201 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Tokio, 7 yanvar, /AJMEDIA/

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minaaxtaranları ötən il 6201 hektar ərazini mina və partlamamış hərbi sursatdan (PHS) təmizləyərək aidiyyəti üzrə təhvil veriblər. Nəticədə piyada əleyhinə 4880, tank əleyhinə 2335 mina, habelə 11 min 205 ədəd PHS aşkarlanaraq zərərsizləşdirilib.

AJMEDIA xəbər verir ki, bu barədə ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov 2021-ci ilin yekunları ilə bağlı məlumat verərkən deyib.

ANAMA-nın rəhbəri bildirib ki, kənd təsərrüfatı təyinatlı 1981, məskunlaşma üçün nəzərdə tutulan ərazilər üzrə 1373, nəqliyyat infrastrukturu layihələri üzrə 1618, enerji xətlərinin çəkilməsi üçün 586 və digər layihələr üzrə 644 hektar ərazi təmizlənərək təhvil verilib.

V.Süleymanov qeyd edib ki, Vətən müharibəsindən sonra ANAMA-ya təmizlənməsi həvalə edilən 55 layihədən 46-sı uğurla yekunlaşıb. Təmizləmə əməliyyatları əsasən, energetika, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, nəqliyyat infrastrukturu, sənaye parkları, eləcə də xüsusi tapşırıqlar, yaşayış infrastrukturunun yaradılması və ekoloji qiymətləndirmə istiqamətlərində icra edilib. Ən mühüm layihələrdən Zəfər yolu, Zəngilan rayonundakı “Ağıllı kənd” yaşayış məntəqəsi və hava limanı, Füzuli-Hadrut avtomobil yolu, Xındırıstan–Ağdam elektrik xətti və digərlərini qeyd etmək olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts