Tokio, 1 may , /AJMEDIA/
2022-ci ildə Körfəz ölkələrindən Azərbaycana gələnlərin sayında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ikinci pillədə qərarlaşıb.
Bu barədə AJMEDIA-ya Dövlət Turizm Agentliyindən bildirilib.
“Ötən il Yaxın Şərq ölkələrindən Azərbaycana 228 min 294 xarici vətəndaş səfər edib ki, bunun da 18 faizi BƏƏ vətəndaşları təşkil edib”, -deyə məlumatda qeyd olunub.