Site icon AJMEDIA Azərbaycanca

Ötən il 22 minədək startap və biznesə yeni başlayanlar KOBİM-in xidmətlərindən faydalanıb

Tokio, 9 yanvar, /AJMEDIA/

2021-ci ildə KOB İnkişaf Mərkəzləri (KOBİM) tərəfindən 20 min iştirakçıya müxtəlif mövzularda 1600-ə yaxın təlim keçirilib, 1800 KOB subyektinə 15 min saatdan çox məsləhət xidmətləri göstərilib.

AJMEDIA xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, bu xidmətlərdən 22 minədək KOB subyekti, startap və biznesə yeni başlayanlar faydalanıb. Həmçinin ötən il KOBİM-lər tərəfindən ödənişsiz olaraq sahibkarlara 250-dək biznes planın hazırlanmasında dəstək göstərilib. KOBİM-lərin dəstəyi ilə ötən il Bakı və regionlar daxil olmaqla, kənd təsərrüfatı və xidmət sahələrində 76 yeni KOB subyektinin yaradılmasına və 19 KOB subyektinin maliyyə resurslarına çıxışına dəstək təmin edilib.

Exit mobile version