Tokio, 19 avqust , /AJMEDIA/
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 19-na olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Xidmətdən AJMEDIA-ya bildirilib ki, düşən yağıntının miqdarı Şahdağda 3, Qrızda 2, Şəmkir, Göygöl, Daşkəsən, Şəki, Quba, Qusar, Yevlax, Göyçay, Sabirabadda 1 millimetrədək olub.
Cənub-qərb küləyi əsib, arabir Daşkəsəndə 23 metr/saniyəyədək güclənib.
Avqustun 18-də Bakıda havanın maksimal temperaturu iqlim normasını 3 dərəcə ötüb. Belə ki, Bakıda və Abşeron yarımadasında 34°-dək, Naxçıvan Muxtar Respublikasında 36-40°, Aran rayonlarında 33-35°, dağlıq rayonlarda 28°-dək isti olub