Oskar Piastri Formula 1 üzrə Bəhreyn Qran-Prisinin seçmə mərhələsinin qalibi olub

Tokio, 13 aprel, /AJMEDIA/

“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – Bəhreyn Qran-Prisinin seçmə mərhələsinin qalibi olub.

AJMEDIA xəbər verir ki, Yarış Saxır avtodromunda keçirilib.

İkinci yeri “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel tutub. İlk üçlüyü “Ferrari” komandasının sürücüsü olan moneqasklı Şarl Lekler tamamlayıb. İkinci təsnifat sessiyası zamanı “Haas” komandasının fransalı pilotu Esteban Okon qəzaya düşüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts