Tokio, 28 mart , /AJMEDIA/
Cessika Çesteyn rejissor Maykl Şouolterin çəkdiyi “Temmi Feyin gözləri” (2021) filmindəki baş rola görə “Ən yaxşı aktrisa” nominasiyası üzrə “Oskar” mükafatı qazanıb.
AJMEDIA xəbər verir ki, bu barədə 94-cü Amerika Kino Sənəti Akademiyasının mükafatlandırma mərasimində bildirilib. Mərasim “ABC” telekanalı vasitəsilə canlı yayımlanıb.
Filmdə Çesteyn əri Cim ilə birlikdə ötən əsrin 70-80-ci illərində xristian televiziya şousunda evangelist Temmi Fey Beker rolunu canlandırıb. Bundan öncə aktrisa bu rola görə “Qızıl Qlobus” və “Tənqidçilərin seçimi” mükafatlarını qazanıb.