Osakada keçiriləcək 2025-ci il Ümumdünya Sərgisində ən azı 153 ölkə və bölgə iştirak edəcək

Tokio, 25 mart , /AJMEDIA/

Osakada 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisində azı 153 ölkə və bölgə iştirak edəcəkdir.
AJMEDIA xəbər verir ki, bu barədə martın 25-də Yaponiya hökuməti məlumat yayıb. Qeyd edilir ki, İsrail, Sudan və Vatikan beynəlxalq təşkilatların da daxil olduğu iştirakçılar siyahısına yeni qoşulan 11 dövlət arasında yer alıb.
Xatırladaq ki, Osaka Sərgisi 2025-ci il aprelin 13-dən oktyabrın 13-dək altı ay müddətində Osaka körfəzindəki süni adada “Həyatımız üçün Gələcək Cəmiyyətin Dizaynı” mövzusu altında təşkil ediləcək.
Yaponiya 2005-ci ildə Aiçi prefekturasında 120-yə yaxın ölkə və bölgənin iştirak etdiyi dünya sərgisinin təşkilatçısı olub. 2021-2022-ci illər arasında Dubayda keçirilən ən son sərgidə isə 190-a yaxın ölkə və bölgə iştirak edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts