On bir illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 29 şəhər və rayonda keçirilib

Tokio, 5 mart , /AJMEDIA/

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 211 imtahan binası, 3741 imtahan zalı ayrılıb.
DİM-dən AJMEDIA-ya bildirilib ki, imtahanların idarə olunmasına 211 ümumi imtahan rəhbəri, 602 imtahan rəhbəri, 4647 nəzarətçi-müəllim, 521 buraxılışı rejimi əməkdaşı (mühafizə), 211 bina nümayəndəsi ayrılıb. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib.
Bu imtahanda 50 min 498 şagirdin iştirakı nəzərdə tutulurdu.
İmtahanda 20 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.
İlkin məlumatlara əsasən, 6 şagirddə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Qeydolunan hallarla bağlı araşdırma aparılacaq.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan – şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladılır ki, sənədlərə görə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəx iyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış s arayışı gətirməyi unutmasınlar.
Martın 6-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts