Site icon AJMEDIA Azərbaycanca

Ombudsman: Azərbaycan regional və beynəlxalq səviyyələrdə insan hüquqlarının etibarlı müdafiəsinə böyük töhfə verir

Tokio, 4 mart , /AJMEDIA/

Milli Məclisin plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin 2021-ci il üzrə illik məruzəsi dinlənilib.

AJMEDIA xəbər verir ki, məruzəni ombudsman Səbinə Əliyeva təqdim edib.

O bildirib ki, illik məruzədə ombudsmanın insan hüquqlarının qorunmasının bütün sahələrində fəaliyyəti öz əksini tapıb.

Səbinə Əliyeva, həmçinin deyib ki, beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü təmin edən Azərbaycan həm regional, həm də beynəlxalq səviyyədə sülh və sabitliyin qorunub saxlanılmasına, insan hüquqlarının etibarlı müdafiəsinə böyük töhfə verir.

“Koronavirusla mübarizədə vaksinlərin əlçatan olması pandemiyanın yayılmasının qarşısının alınmasına imkan yaradıb”, – deyə ombudsman əlavə edib.

Exit mobile version