Ölkəmizin turizm potensialı 5 ay ərzində 10 beynəlxalq sərgidə tanıdılacaq

Tokio, 25 yanvar , /AJMEDIA/

Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosu tərəfindən yerli tərəfdaşlarla birgə 2023-cü ilin fevralında Hindistanda “OTM Mumbai” və “SATTE”, Türkiyədə “EMITT”, İsraildə “IMTM” kimi beynəlxalq sərgilərdə Azərbaycanın turizm potensialının təqdimatı planlaşdırılır.
Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.
Məlumata görə, ölkəmizin turizm imkanları cari ilin martında Almaniyada “ITB Berlin”, Rusiyada “MITT”, apreldə Qazaxıstanda “KITF”, may ayı ərzində isə BƏƏ-də “ATM Dubai”, Səudiyyə Ərəbistanında “Riyadh Travel Fair” və Almaniyada “IMEX Frankfurt” kimi beynəlxalq turizm sərgilərində tanıdılacaq.
Bu sərgilərdə Azərbaycan milli stendində ziyarətçilərə və beynəlxalq turizm sənayesinin təmsilçilərinə ölkəmizə aid müxtəlif turizm məhsulları, işğaldan azad olunmuş ərazilərin turizm imkanları, qastroturizm, sağlamlıq turizmi, şərabçılıq, mədəni, işgüzar turizm, təbiət, haykinq, eləcə də qış turizmi imkanları və dağ-xizək mərkəzləri haqqında ətraflı məlumat veriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts