Ölkəmiz muay-tay üzrə Avropa çempionatında 21 idmançı ilə təmsil olunacaq

Tokio, 8 mart , /AJMEDIA/

Martın 20-də Türkiyənin paytaxtı Ankarada start götürəcək muay-tay üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları bəlli olub.
Federasiyadan AJMEDIA-ya bildirilib ki, yeniyetmələr, gənclər və kişilər arasında təşkil olunacaq yarışda ölkəmizi biri qız olmaqla, 21 idmançı təmsil edəcək.
Onlar qitə çempionatına gənclərdən ibarət yığmanın baş məşqçisi Fəxri Əliyev, məşqçilər Mürsəl Yekbəşov və Qadir Talıbovun rəhbərliyi altında yollanacaqlar.
Avropa çempionatında Azərbaycanın beynəlxalq dərəcəli 3 hakimi iş başında olacaq. Bunlar Fərid Qarayev, Həmidə Xəlilova və Vüqar Əsədovdur.
Qeyd edək ki, martın 29-dək davam edəcək yarış bu il Polşada keçiriləcək III Avropa Oyunlarına lisenziya xarakteri daşıyır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts