Oljas Süleymenov: Azərbaycan və Heydər Əliyev mənim yaradıcılığımda mühüm yer tutur

Tokio, 27 oktyabr , /AJMEDIA/

Azərbaycan və Heydər Əliyev mənim həyat və yaradıcılığımda mühüm yer tutur. Ulu Öndər cəmi 80 il yaşasa da, özündən sonra çox yüz illərlə unudulmayacaq zəngin irs və dəyərlər qoyub getdi.

AJMEDIA xəbər verir ki, bu fikirləri “Heydər Əliyev: Müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında Ümummilli Liderin rolu” mövzusunda oktyabrın 25-də keçirilən beynəlxalq konfransa onlayn qoşulan Qazaxıstan şairi, yazıçısı, ictimai və siyasi xadim Oljas Süleymenov səsləndirib.

Ulu Öndərlə ilk dəfə 1975-ci ildə Bakıda keçirilən sovet ədəbiyyatı günləri çərçivəsində tanış olduğunu diqqətə çatdıran Qazaxıstan yazıçısı deyib: “Tədbirdə Heydər Əliyevin mənə müraciətlə dediyi “Sən təkcə qazax xalqına deyil, bütün Türk dünyasına lazımsan” sözləri həyatımın və yaradıcılığımın leytmotivi oldu. Bu sözlər Türk dünyası ədəbiyyatı sahəsində yaradıcılığımda açar rolunu oynadı. Altmış il üzərində çalışdığım türkşünaslıq və şumer ədəbiyyatı ilə bağlı tədqiqat işimi bu il başa çatdırdım. Həmin əsəri Heydər Əliyevin 100 illik yubileyinə hədiyyə edirəm”.

Azərbaycanın uğurlarına çox sevindiyini vurğulayan Oljas Süleymenov bildirib ki, artıq Qarabağ münaqişəsi öz həllini tapıb, ölkənin ərazi bütövlüyü tam təmin olunub.

“İnanıram ki, Heydər Əliyevin layiqli varisi Prezident İlham Əliyev Azərbaycanı daha böyük zirvələrə qaldıracaq və qarşıya qoyulmuş hədəflərə nail olunacaq”, – deyə Qazaxıstan yazıçısı bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts