Oktyabrın 4-dən “Nobel həftəsi” başlanır

Tokio, 30 Sentyabr, /AJMEDIA/

Oktyabrın 4-dən başlayaraq 2021-ci il üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanacaq. İlk olaraq fiziologiya və tibb üzrə qalibin adı elan olunacaq.

Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, oktyabrın 5-də fizika, 6-da isə kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.

Ədəbiyyat üzrə Nobel mükafatının sahibi oktyabrın 7-də bəlli olacaq. Oktyabrın 8-də sülh və nəhayət oktyabrın 11-də iqtisadiyyat üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.

Qeyd edək ki, bu il davam edən koronavirus pandemiyası səbəbindən Nobel mükafatları dekabrın 10-da, Stokholmda keçirilən rəsmi mərasimdə deyil, laureatların yaşadıqları ölkələrdə veriləcək. Ətraflı məlumat Nobel mükafatı saytından əldə etmək olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts