“O olmasın, bu olsun” tamaşası növbəti dəfə göstərilib

Tokio, 13 iyun , /AJMEDIA/

Azərbaycan Dövlət Akademik Musiqili Teatrda dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası növbəti dəfə nümayiş edilib.
AJMEDIA xəbər verir ki, tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.
Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasiyev, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasiyev, Türkel Tariqpeyma, Elməddin Dadaşov, Fərid Rzayev, Cəbrayıl Cəbrayılov, Əli Kərimov, Rüstəm Rüstəmov, Murad Əliyev, Tərəna Əliyeva, Rahib və Nuray Məmmədzadələr iştirak ediblər.
İlk tamaşası 1911-ci ildə oynanılan bu əsərin Akademik Musiqili Teatrdakı sonuncu quruluşu Xalq artisti, rejissor Cənnət Səlimovaya aiddir.
Premyerası 1998-ci il dekabrın 4-də keçirilən səhnə əsəri 75-ci dəfə təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts