Nur-Sultanda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üzv dövlətlərinin XİN rəhbərlərinin VI görüşü keçirilir

Tokio, 12 Oktyabr, /AJMEDIA/

Qazaxıstanın paytaxtı Nur-Sultanda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) üzv dövlətlərinin xarici işlər nazirlərinin VI görüşü keçirilir.

AJMEDIA xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev də iştirak edir.

Xarici işlər nazirlərinin Nur-Sultandakı (hibrid formatda) görüşünün gündəliyində forumun fəaliyyətinin əsas seqmentlərində etimad tədbirlərinin gücləndirilməsi kontekstində inkişaf perspektivləri müzakirə olunacaq.

Görüşün sonunda siyasi bəyannamənin qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin yaradılmasına dair təşəbbüsü Qazaxıstanın Birinci Prezidenti – elbası Nursultan Nazarbayev irəli sürüb. Hazırda təşkilatın Azərbaycan da daxil olmaqla, 27 daimi və 8 müşahidəçi üzvü var.

Müşavirədə iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşləri dörd ildə ən azı bir dəfə keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts