Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Tokio, 16 sentyabr , /AJMEDIA/

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service – ETS) TOEFL iBT imtahanı sentyabrın 17-də Dövlət İmtahan Mərkəzinin (DİM) Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.
DİM-dən AJMEDIA-ya bildirilib ki, imtahan verəcək şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanır.
TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
İmtahan haqqında daha ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts