Notariusların xarici ölkələrdə tərtib edilmiş sənədləri qəbul etmələri ilə bağlı məsələlər təkmilləşdirilir

Tokio, 30 mart , /AJMEDIA/

Notarius tərcüməçi tərəfindən elektron imza ilə təsdiqlənmiş tərcümənin düzgünlüyünü elektron qaydada təsdiq edə biləcək.
AJMEDIA xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin martın 30-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Notariat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuşda) əksini tapıb.
Təqdim edilən qanun layihəsinə əsasən notarius tərəfindən kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalı, təsisçilərin (iştirakçıların) təsisçi (iştirakçı) səlahiyyətlərinin həyata keçirilməsi və onların nizamnamə kapitalındakı payları ilə əlaqədar notariat hərəkətlərinin aparılması zamanı lazım olan məlumat və sənədlərin tələb edilməsinin hüquqi əsasları təkmilləşdirilir. Belə ki, Qanuna təklif edilən dəyişikliyə uyğun olaraq, qeyd edilən notariat hərəkətləri aparıldığı zaman notarius, kommersiya hüquqi şəxslərinin təsisçiləri (iştirakçıları), onların nizamnamə kapitalındakı payları barədə məlumatlarla yanaşı, həm də kommersiya hüquqi şəxslərinin nizamnamələri və dövlət qeydiyyatı haqqında şəhadətnamələri barədə məlumatları da elektron informasiya sistemləri vasitəsilə elektron sorğu əsasında əldə edəcəkdir.
Qanun layihəsində, həmçinin notariusun tərcüməçi tərəfindən elektron imza ilə təsdiq edilmiş tərcümənin düzgünlüyünü elektron qaydada təsdiq edə bilməsi müəyyən olunur. Təklif edilən dəyişikliklərdən biri də notariusların xarici ölkələrdə tərtib olunmuş sənədləri qəbul etmələri ilə bağlı məsələlərin (apostil, leqallaşdırma) təkmilləşdirilməsini nəzərdə tutur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts