Notariuslar tərəfindən təqdim olunan müqavilələrə hansı hallarda vergi tutulmur?

Tokio, 26 may , /AJMEDIA/

Vergi Məcəlləsinin 150.1.9-cü maddəsinə əsasən, notariuslar bəzi müqavilələri təsdiq edərkən ödəmə mənbəyində vergi tutmağa borcludur.
AJMEDIA Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, bununla yanaşı, bəzi istisna halları da mövcuddur.
Ekspert qeyd edib ki, notariusların vergi tutduğu müqavilələrə fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin və fiziki şəxslər tərəfindən torpaq sahələrinin təqdim edilməsi, eləcə də mirasın ailə üzvlərinin adına rəsmiləşdirilməsi aid edilmir.
A. Bayramov əlavə edib ki, “Torpaqların dövlət “ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, fiziki şəxslərə ödənilən kompensasiya xarakterli ödənişlərdən, həmçinin torpaq, yaşayış və ya qeyri-yaşayış sahələri ər və arvad arasında və ya keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə də notarius vergi tutmur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts