Norveçdə yay və ox ilə silahlanan şəxsin hücumu nəticəsində azı beş nəfər ölüb, yaralananlar var

Tokio, 14 Oktyabr, /AJMEDIA/

Norveçdə yay və ox ilə silahlanan şəxsin hücumu nəticəsində azı beş nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

AJMEDIA xəbər verir ki, Norveç paytaxtı Oslonun cənub-qərbində yerləşən Kongsberq şəhərinin mərkəzində baş verən hücum nəticəsində öldürülənlərin dəqiq sayı məlum deyil. Lakin yerli media bir neçə yaralının və azı beş nəfərin öldüyünü bildirir.

Polisdən verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs yayla şəhər mərkəzində gəzərək ətrafda olanlara hücum edib. Hadisə yerinə gələn polis hücumu törətməkdə şübhəli bilinən şəxsi yaxalayıb. Hazırda onun hücumu törətməkdə olan motivlərini və cinayət ortağının olub-olmadığını müəyyən edilməsi üçün sorğu-sual aparılır.

Polisin xüsusi işçi qrupu Kongsberq şəhərinə göndərilib. Ölkənin Təhlükəsizlik polisi və Ədliyyə Nazirliyi hadisə ilə bağlı tədqiqatlara qoşulub.

Hücum ilə bağlı mətbuat konfransı keçirən krallığın Baş naziri Erna Sulberq, istintaqın başladıldığını və hələlik baş verənlərin terror hücumu olub-olmaması haqqında dəlillərin yoxluğunu qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts