“Noru” tufanı Filippində ciddi fəsadlar törədib

Tokio, 29 sentyabr , /AJMEDIA/

Sentyabrın 25-də Filippinin Luson adasına çatan “Noru” tufanı ciddi fəsadlar törədib, nəticədə 641 minə yaxın insan zərər çəkib.
AJMEDIA xəbər verir ki, bu barədə Filippinin Risklər Barədə Xəbərdarlıq və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli Şurasının sentyabrın 29-da dərc etdiyi məlumatda qeyd edilir. Təbii fəlakət nəticəsində səkkiz nəfərin həyatını itirdiyi bildirilir.
Vurğulanır ki, fəlakət zonasından təxliyə edilən 40 mindən çox insan hələ də 391 təxliyə mərkəzində qalır. Ümumilikdə 90 mindən çox insanın əvvəlcədən evlərini tərk etdiyi bildirilir. Beş nəfər isə itkin düşmüş sayılır.
Tufanın 18 min 100 evə ziyan vurduğu, 2500 evi isə tamamilə dağıtdığı qeyd edilir. Ümumilikdə 14 infrastruktur obyektinə 23,4 milyon peso (398 min dollar) ziyan dəydiyi, 46 yolun, 15 körpünün zərər çəkdiyi bildirilir. Ölkənin 115 şəhərində elektrik enerjisinin verilişinin kəsildiyi, onlardan 62-də artıq bərpa olunduğu barədə məlumat var.
Ölkənin 734 məktəbində dərslər, 773 bələdiyyədə isə müəssisələrin fəaliyyəti dayandırılıb. Hazırda 35 şəhərdə təbii fəlakət rejimi qüvvədədir. Hökumət tərəfindən yardım üçün 14,6 milyon peso (248,6 min dollar) vəsait ayrılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts