Nizami Gəncəviyə həsr olunmuş şeir müsabiqəsinin seçim turunun II mərhələsinə yekun vurulub

Tokio, 19 Noyabr, /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin seçim turunun II mərhələsinə yekun vurub.

İdarədən AJMEDIA-ya bildirilib ki, müsabiqədə Nizami rayonunda yerləşən 242 və 70 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər. Bu mərhələdə münsiflər heyətinin qərarına əsasən, 70 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Məmmədzadə müsabiqənin final mərhələsində iştirak etmək üçün vəsiqə qazanıb.

Müsabiqənin əsas məqsədi dahi şair Nizami Gəncəvinin ədəbi irsinin məktəblilər arasında təşviqi, uşaqlar arasında mütaliəyə marağın artırılması, mütaliə vərdişlərinin aşılanması, kitabxanalara ictimai marağın genişləndirilməsi, istedadlı uşaqların aşkar olunmasıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts