Site icon AJMEDIA Azərbaycanca

“Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda konfransa tezis qəbulu davam edir

Tokio, 1 sentyabr, /AJMEDIA/

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 24-də “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

İnstitutdan AJMEDİA-ya bildirilib ki, “Nizami Gəncəvi İli” çərçivəsində təşkil ediləcək konfransa tezislər konfrans-880@mail.ru elektron poçt ünvanına avqustun 31-dək göndərilməlidir. Təşkilat komitəsi tezisləri seçmək, mətndə düzəlişlər etmək və tezisləri geri qaytarmaq hüququna malikdir.

Beynəlxalq konfransda iştirak üçün məruzələrin tezisləri Azərbaycan, türk, rus, ingilis və ərəb dillərində qəbul edilir və bir səhifədən artıq olmamalıdır.

Exit mobile version