Tokio, 13 may, /AJMEDIA/
“Nissan Motor” dünya üzrə 10 mindən çox əməkdaşını işdən çıxaracaq və bununla da elan edilən ixtisarların ümumi sayı 20 minə çatacaq.
AJMEDIA xəbər verir ki, bu, şirkətin işçi qüvvəsinin təxminən 15 faizini təşkil edir.
Şirkətdən yaydığı məlumata görə, mart ayında başa çatmış maliyyə ilində 80 milyard yen həcmində proqnozlaşdırılan xalis zərərin 700-750 milyard yen arasında olacağı gözlənilir.
“Biz maliyyə ili üçün proqnozumuzu diqqətlə yeniləyir, bununla bağlı fəaliyyətimizin və istehsal obyektlərimizin maliyyə hesabatını ətraflı yoxlayırıq. “Nissan” Şimali Amerika və Cənubi Amerikada, həmçinin Avropa və Yaponiyada 500 milyard yendən çox dəyər azalmaları ilə qarşılaşıb. Əlavə olaraq, ümumilikdə 60 milyard yendən çox yenidənqurma xərcləri də meydana gəlib”, – deyə kompaniyanın icraçı direktoru İvan Espinosa bildirib.