Niderlandlı tələbələr günəş panelləri ilə işləyən SUV layihəsini təqdim ediblər

Tokio, 11 mart , /AJMEDIA/

Eyndhoven Texniki Universitetinin bir qrup tələbəsi günəş enerjisi ilə işləyən yolsuzluq avtomobili (SUV) layihəsini təqdim ediblər.
AJMEDIA xəbər verir ki, bu barədə “NL Times” informasiya portalı məlumat yayıb.
Layihə rəhbəri Wisse Bos bildirib ki, “avtomobil çətin yolsuzluq şəraitinin öhdəsindən gəlməyi bacarmalı, lakin günəş enerjisi ilə işləmək üçün kifayət qədər səmərəli və yüngül olmalıdır”.
Onun sözlərinə görə, layihənin məqsədi həm mobillik, həm də enerji baxımından dayanıqlı gələcəyə keçidi sürətləndirmək üçün mövcud bazarı və cəmiyyəti ruhlandırmaqdır. Avtomobilin yol sınaqları sentyabr ayına nəzərdə tutulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts