New Straits Times: Azərbaycanda yaşayan ermənilərin ölkə cəmiyyətinə inteqrasiyasına kim mane olur?

Tokio, 7 mart , /AJMEDIA/

Azərbaycanın Malayziyadakı səfirliyinin konsulu Elsevər Salmanovun Malayziyanın nüfuzlu “New Straits Times” qəzetində “Azərbaycanda yaşayan ermənilərin ölkə cəmiyyətinə inteqrasiyasına kim mane olur?” sərlövhəli məqaləsi yayımlanıb.
AJMEDIA xəbər verir ki, məqalədə ölkəmizin müxtəlif QHT-lərinin Laçın-Xankəndi yolunda 12 dekabr 2022-ci il tarixindən bəri davam edən etiraz aksiyalarının səbəblərinə aydınlıq gətirilərək, Azərbaycanın sülh təklifləri, xoş məramlı və humanitar xarakterli təşəbbüslərinin cavabsız qoyulması, əksinə 30 ilə yaxın bir müddət ərzində ölkəmizin işğal edilmiş ərazilərinin qeyri- qanuni istismarı şəraitinin, indi rus sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə yaradılmağa çalışıldığı diqqətə çatdırılır. Azərbaycanın Qarabağ bölgəsində sayı təxminən 20 min olan erməni azlığın kimin əlində əsir tutulduğu faktına aydınlıq gətirilir.
Azərbaycan QHT-lərinin Laçın-Xankəndi yolundakı aksiyalarının heç kim üçün qəti sürətdə blokada şəraiti yaratmadığı, Ruben Vardanyan və Araik Arutyunyan kimi cinayətkar şəxslərin qeyri-qanuni hərəkətlərinə qarşı Azərbaycanın səbrinin sonsuz olmadığı qeyd edilir. Bildirilir ki, Azərbaycan ərazisində yaşayan erməni azlığın blokadaya salınması iddiası tamamilə yalandır və Qarabağ iqtisadi rayonundakı cinayətkar qruplaşmaların öz əməllərinin gizlətmək məqsədi daşımaqdadır.
Müəllif məqalədə xüsusi olaraq vurğulayır ki, Azərbaycan öz ərazisində dövlətin nəzarətindən kənarda qalmış bir regionun yaradılmasına əsla icazə verməyəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts