“Netflix” “Qara güzgü” serialının yeni mövsümünün çəkilişlərinə start verib

Tokio, 17 may , /AJMEDIA/

“Netflix” “Qara güzgü” serialının yeni mövsümü üzərində işləməyə başlayıb.
AJMEDIA TASS-a istinadla xəbər verir ki, xronometrajı bir saatdan çox olan serialın altıncı mövsümünün epizodları üç bölümdən artıq olacaq.
Bu barədə “Variety” jurnalında məlumat verilib.
“Qara güzgü” serialının altıncı mövsümünün daha çox bədii film üslubuna yaxın olması nəzərdə tutulub. Hər bölüm bədii film kimi çəkiləcək. Bununla belə məşhur serialın yeni bölümlərinin nümayiş vaxtı və eləcə də süjet xəttinin təfərrüatları hələ açıqlamayıb. Hazırda serial üçün kastinqlər aparılır.
Serialda əsas rollarda Endryu Skott, Entoni Makki, Yahya Abdul-Matin, Tofer Qreys və Mayli Sayrus çəkiliblər. Beşinci mövsümün premyerası üç il əvvəl – 2019-cu ilin iyununda keçirilib.
Qeyd edək ki, “Qara güzgü” serialının ilk bölümünün çəkilişlərinə 2011-ci ildə başlanılııb. Film bəşəriyyətin artıq mövcud olan və ya gələcəkdə istehsal olunacaq müxtəlif mobil elektron avadanlıqlar, eləcə də texnoloji yeniliklərlə qarşılıqlı əlaqəsindən bəhs edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts