Site icon AJMEDIA Azərbaycanca

“Neftçi” – “Spartak” oyununun hakimləri açıqlanıb

Tokio, 23 mart , /AJMEDIA/

“Neftçi” – “Spartak” (Moskva, Rusiya) yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

Bakı klubunyb mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, matçda ədaləti Rauf Cabbarov qoruyacaq.

Ona Namiq Hüseynov və Kamran Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək. VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Müslüm Əliyev olacaq.

Qeyd edək ki, “Neftçi” – “Spartak” görüşü bu gün saat 18:00-da “Neftçi Arena”da keçiriləcək.

Exit mobile version