Tokio, 19 mart , /AJMEDIA/
“Neftçi”nin Rusiyanın “Spartak” (Moskva) komandası ilə keçirəcəyi yoldaşlıq görüşünün başlama saatı məlum olub.
AJMEDIA Bakı klubun rəsmi saytına istinadən xəbər verir ki, martın 23-də “Neftçi Arena”da təşkil olunacaq qarşılaşma saat 18:00-da start götürəcək.
Matçın biletlərinin tezliklə satışa çıxarılacağı bildirilib.