“Neftçi” komandası U-17 Qızlar Liqasının 2021/2022-ci il mövsümünün qalibi olub

Tokio, 30 may , /AJMEDIA/

AFFA-nın təşkil etdiyi U-17 Qızlar Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub.
AJMEDIA AFFA-nın saytına istinadla xəbər verir ki, mövsümün final oyununda “Gömrükçü” komandasını 8:0 hesabı ilə məğlub edən “Neftçi” U-17 Qızlar Liqasının qalibi olub. Balakənin “Balxurma” komandası isə mövsümü üçüncü pillədə tamamlayıb. Zaqatala Olimpiya İdman Kompleksində keçirilən üçüncü yer uğrunda oyundan sonra “Balxurma” komandasına bürünc medallar təqdim olunub.
Bakıda Binə stadionunda keçirilən final oyunundan sonra ilk iki yeri tutan komandalar mükafatlandırılıb. “Mingəçevir” komandasının üzvü Aysel Ziyadova mövsümün ən yaxşı oyunçusu seçilib. “Neftçi” komandasının üzvü Ayşən Salamzadə 39 qolla mövsümün ən məhsuldar futbolçusu kimi xüsusi mükafatla təltif edilib. “Gömrükçü” komandasının üzvü Məryəm İsayeva isə mövsümün ən yaxşı qapıçısı seçilib.
Bakıdakı mükafatlandırma mərasimində Qadın futbolu departamentinin rəisi Əminə Həsənova, qadın futbolçulardan ibarət Azərbaycan milli komandanın baş məşqçisi Siyasət Əsgərov, U-17 milli komandasının baş məşqçisi Zamir Həsənov və U-15 yığmasının çalışdırıcısı Nərgiz Qurbanova iştirak ediblər. Zaqataladakı mükafatlandırma mərasimində isə “Balxurma” komandasına mükafatları Ə.Həsənova, S.Əsgərov, qadın futbolçulardan ibarət U-19 və U-15 komandalarının baş məşqçiləri Vüqar Əsgərli ilə N.Qurbanova təqdim ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts