“Neftçi” klubu İsrail çempionu ilə ikillik müqavilə imzalayıb

Tokio, 25 iyun , /AJMEDIA/

Bakının “Neftçi” klubu hücumçu transferi həyata keçirib. Qanalı futbolçu Qodsvey Donyo ilə 2 il müddətinə müqavilə bağlanıb.
AJMEDIA kluba istinadla xəbər verir ki, 27 yaşlı forvard komandanın heyətində 11 nömrəli formanı geyinəcək.
Qananın “Right to Dream” akademiyasının yetirməsi olan Donyo oranı bitirəndən sonra – 2013-cü ildə İngiltərənin “Mançester Siti” klubuna gətirilib. Mançester təmsilçisi onu əvvəlcə İsveçin “Yurqorden”, daha sonra “Falkenberq” klublarına icarəyə verib. Ardından Danimarka “Norşelland”ına (2016-2020) transfer olunan ön xətt oyunçusu 2020-ci ildə Almaniyanın “Dinamo” (Drezden) klubuna icarəyə verilib. Donyo sonuncu klubu “Makkabi” (Hayfa) ilə İsrail çempionatının, Liqa Kubokunun və Superkubokununqalibi olub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl israilli yarımmüdafiəçi Ataa Caberi transfer etmişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts