Site icon AJMEDIA Azərbaycanca

“Neftçi” futbolçusunu Latviya klubuna icarəyə verib

Tokio, 7 mart , /AJMEDIA/

Bakının “Neftçi” klubunun futbolçusu Ramin Nəsirli karyerasını Latviyada davam etdirəcək.
AJMEDIA kluba istinadla xəbər verir ki, gənc yarımmüdafiəçi “Dauqavpils” klubuna keçib.
İyirmi bir yaşlı oyunçu bu ilin sonunadək adıçəkilən komandaya icarəyə verilib.
Qeyd edək ki, “Neftçi-2”nin aparıcı futbolçularından olan R.Nəsirli əsas komandanın heyətində ötən mövsüm 4 (1 qol), bu mövsüm isə 1 rəsmi oyunda meydana çıxıb. O, Azərbaycanın U-21 millisinin üzvüdür

Exit mobile version