Site icon AJMEDIA Azərbaycanca

Nazir: Özbəkistan Azərbaycan investorları üçün əsas tərəfdaşlardan biridir

Tokio, 20 iyun, /AJMEDIA/

Özbəkistan Azərbaycan investorları üçün əsas tərəfdaşlardan biridir. Biz özbək biznesinin bizim bazara böyük marağını müşahidə edirik.

AJMEDIA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən lll Azərbaycan-Özbəkistan regionlararası forumda çıxışı zamanı deyib.

“Bu istiqamətdə 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti mühüm rol oynayır. Fond yarandığı gündən iqtisadiyyatın real sektorunda layihələrin həyata keçirilməsində fəal iştirak edir”, – deyə nazir qeyd edib.

Exit mobile version