Nazir: Məqsədimiz İranla münasibətlərimizin keçmişdə olduğu kimi, müsbət müstəvidə inkişaf etməsidir

Tokio, 5 Noyabr, /AJMEDIA/

Azərbaycanın xarici siyasətinin uzun illər ərzində prioriteti bütün ölkələrlə, xüsusilə də qonşu ölkələrlə yüksəksəviyyəli əməkdaşlıq, dostluq münasibətlərinin qurulması və onların inkişaf etdirilməsidir. Bu illər ərzində də Azərbaycan-İran münasibətləri məhz bu istiqamətdə inkişaf edib. Son illər ərzində iki ölkə arasında çoxsaylı birgə layihələr həyata keçirilib – Şimal-Cənub dəhlizi, Araz çayı üzərində böyük layihələr, birgə iqtisadi yatırımlar. Bir neçə ay bundan öncə bir sıra məqamlar yaşandı. Onlar əsasən Azərbaycanın Qarabağ bölgəsinə İrandan maşınların daxil olması ilə bağlı idi. Bununla bağlı narahatlığımız İran tərəfə çatdırılıb. Sonradan müxtəlif istiqamətlər, o cümlədən diplomatik kanallar vasitəsilə danışıqlar davam etdirilib. Hesab edirəm ki, bu istiqamətdə normal nəticə əldə olunub.

AJMEDIA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir, həmçinin bildirib: “Hesab edirəm ki, iki ölkə arasında, hətta yaxın qonşu ölkələr arasında hansısa fikir ayrılıqları ola bilər. Azərbaycan hər zaman bütün münasibətlərin dialoq, qarşılıqlı hörmət, bir-birilərinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurulmasının tərəfdarıdır. Düşünürəm ki, bu istiqamətdə də işlər davam edəcək. İran tərəfdən də bu istiqamətdə müsbət mesajlar səsləndirilib. Biz həmin mesajları müsbət qarşılayırıq. Məqsədimiz odur ki, İran dövləti ilə münasibətlərimiz keçmişdə olduğu kimi, müsbət müstəvidə inkişaf etsin”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts