Nazir: İnnovativ düşüncəli gənclərin yetişməsi rəqəmsal transformasiya ilə bağlı hədəflərə çatmaq prosesini sürətləndirir

Tokio, 15 Oktyabr, /AJMEDIA/

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı və “PAŞA Holdinq”in baş sponsorluğu ilə həyata keçirilən “Azərbaycan 500 ASAN Startap Proqramı”nın yekun mərhələsinə keçmiş 10 startap komandasının üzvlərinə sertifikatların təqdim olunması mərasimində iştirak etdim.

AJMEDIA xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Nazir bildirib: “Azərbaycanda innovativ düşüncəyə malik gənclərin yetişməsi çox sevindiricidir və bu, Prezident İlham Əliyevin rəqəmsal transformasiya ilə bağlı qarşımıza qoyduğu əsas hədəflərə çatmaq prosesini sürətləndirir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts