Naxçıvanda “Göycə” festivalı keçirilir

Tokio, 4 iyun , /AJMEDIA/

Bu gün Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ənənəvi “Göycə” festivalı keçirilir.
AJMEDIA xəbər verir ki, iyunun 5-də başa çatacaq festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsullarının, o cümlədən göycədən hazırlanan əl işlərinin sərgi-satışı keçirilir. Tədbirdə göycə yetişdirən fermerlər arasında “Ən yaxşı göycə” müsabiqəsi də keçiriləcək, iyunun 5-də qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, Naxçıvanda ötən illərdə də “Göycə” festivalı keçirilib. Müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş şəkildə işıqlandırılan ənənəvi festival Naxçıvana gələn qonaqlar və turistlər tərəfindən də maraqla qarşılanır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts