Naxçıvan Teatrı I TÜRKSOY Beynəlxalq Teatr Festivalında iştirak edib

Tokio, 31 oktyabr , /AJMEDIA/

Naxçıvan Dövlət Milli Dram Teatrı I TÜRKSOY Beynəlxalq Teatr Festivalı çərçivəsində fransız yazıçı Viktor Hüqonun “Edam məhkumunun son günü” əsərinin motivləri əsasında Sumqayıt Dövlət Dram Teatrında eyniadlı tamaşanı nümayiş etdirib.

AJMEDIA xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mir Qabil Əkbərov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, xoreoqrafı Lamiyə Əliyevadır.

Səhnə əsərində rolları Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, aktyorlar Mehri Nəbiyeva və Məmməd Mehdiyev ifa ediblər.

Psixoloji dram janrında olan tamaşada ölüm hökmünə məhkum olunan yoxsul bir atanın edam olunacağı ana qədər yaşadığı iztirablar, keçirdiyi sarsıntılar əks olunub.

Qeyd edək ki, yaradıcı heyət eyniadlı tamaşa ilə bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində teatrsevərlərin qarşısına çıxacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts