Site icon AJMEDIA Azərbaycanca

Naftalandakı turizm müəssisələrində monitorinqlər aparılıb

Tokio, 10 yanvar , /AJMEDIA/

Naftalan şəhərində turistlərin sayındakı artımı nəzərə alaraq, Dövlət Turizm Agentliyinin və Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən şəhər ərazisində fəaliyyət göstərən turizm obyektlərində monitorinqlər aparılıb.
Şəhər icra hakimiyyətindən AJMEDIA-ya verilən məlumata görə, monitorinqlər zamanı işçi heyətin və qonaqların təhlükəsizliyi məqsədilə tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilib.

Exit mobile version