Muxtar respublikada keçirilən olimpiadada minə yaxın şagird iştirak edib

Tokio, 18 fevral , /AJMEDIA/

Fevralın 17-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə V-VIII sinif şagirdləri arasında Nəsrəddin Tusi adına fizika-riyaziyyat fənləri üzrə olimpiadanın rayon turu keçirilib.

AJMEDIA-ın bölgə müxbiri xəbər verir ki, 8 mərkəzdə təşkil olunan olimpiadada 1000-ə yaxın şagird iştirak edib. Olimpiadada məktəblilərə 25 test tapşırığı təqdim olunub və cavablandırılması üçün 3 saat vaxt ayrılıb.

Rayon turunda siniflər üzrə ən yüksək nəticə göstərən şagirdlər respublika turunda iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan olimpiada məktəb, rayon və muxtar respublika olmaqla, 3 turdan ibarətdir.

Olimpiadanın rayon mərhələsinin qalibləri diplom, tərifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts