Müxtəlif telefonları bir cihazla doldurmaq ziyandır

Tokio, 10 may , /AJMEDIA/

Bir çox smartfon sahibləri bir şarj cihazı ilə müxtəlif qadgetləri doldurmağın mümkün olub-olmadığı ilə maraqlanır.

AJMEDIA xarici mediaya istinadla telefonunuz üçün hansı şarj cihazını seçəcəyinizi sizə təqdim edir.

Smartfonu necə doldurmaq olar?

Orijinal şarj cihazından istifadə etmək yaxşıdır, smartfon istehsalçıları həmişə təlimatlarda bu barədə xəbərdarlıq edirlər.

Üçüncü tərəf istehsalçılarının yüksək keyfiyyətli analoqlarından istifadə etmək də məqbuldur. Çox ucuz cihazlar tövsiyə edilmir.

Daha güclü adapterin telefonu xarab etməyəcəyini bilmək vacibdir, lakin məsələn, smartfonunuz 60 Vt sürətli şarja malikdirsə və şarj cihazı yalnız 30 Vt gücündədirsə, gadget daha yavaş doldurulacaq və adapter isinəcək.

Həm də yadda saxlamaq lazımdır ki, xüsusi sürətli şarj texnologiyaları digər gadgetların aksesuarları ilə uyğun gəlməyə bilər

Follow us on social

Facebook Twitter Youtube

Related Posts