Musiqili Teatr rusdilli tamaşaçıları unutmayıb

Tokio, 1 noyabr , /AJMEDIA/

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı noyabrın 5-də “Bir dəfə Bağdadda” musiqili komediyasını növbəti dəfə rusdilli tamaşaçıları üçün təqdim edəcək.
AJMEDIA xəbər verir ki, görkəmli bəstəkar Emin Sabitoğlunun eyniadlı operettası əsasında teatrın rus bölməsində ərsəyə gələn tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.
Əsərdə hadisələr Bağdadda, xəlifə Harun ər-Rəşidin dövründə baş versə də, müasir zamanla səsləşir.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, səhnə tərtibatçısı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts