Musiqili Teatr Nizami Gəncəviyə həsr edilmiş xoreoqrafik kompozisiya hazırlayıb

Tokio, 30 Noyabr, /AJMEDIA/

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı daha bir təqdimata hazırlaşır.

Teatrdan AJMEDIA-ya bildirilib ki, dahi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş xoreoqrafik kompozisiya dekabrın 1-də saat 19:00-da teatrın kiçik səhnəsində nümayiş olunacaq.

Videoçarx formatında hazırlanan layihənin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu baletmeysteri Xalq artisti Təranə Muradova, operatorları Kamal Məmmədov, Murad Həsənov və montajçısı Fuad Təhməzovdur.

Layihənin xoreoqrafı, teatrın quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyev, eyni zamanda, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin obrazını yaradıb. SSRİ Xalq artisti Müslüm Maqomayevin ifasında Üzeyir Hacibəylinin “Sənsiz” romansının sədaları altında qurulan kompozisiyada teatrın aktyorları və balet truppasının üzvləri də iştirak edirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts