Musa Qurbanlı İsveç çempionatının rəmzi komandasına düşüb

Tokio, 29 avqust , /AJMEDIA/

Azərbaycan millisinin və “Yurqorden”in futbolçusu Musa Qurbanlı İsveç çempionatında XXI turun rəmzi komandasına düşüb.

AJMEDIA xarici KİV-ə istinadən xəbər verir ki, “Degerfors”la görüşdə iki qol, bir məhsuldar ötürmə ilə yadda qalan 21 yaşlı forvard ən yaxşı üç hücumçudan biri seçilib.

Onun performansı 8,7 balla qiymətləndirilib.

Qeyd edək ki, “Yurqorden” “Degerfors”u 4:1 hesabı ilə məğlub edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts