Mundialda Yaponiya yığmasının Almaniya üzərində qələbəsini proqnozlaşdıran su samuru əsil qəhrəmana çevrilib

Tokio, 25 noyabr , /AJMEDIA/

Dünya kuboku uğrunda ilk qarşılaşmada Yaponiya yığmasının Almaniya komandası üzərində şok qələbəsini proqnozlaşdıran Taiyo adlı su samuru onlayn şəbəkənin əsil qəhrəmanına çevrilib.
AJMEDIA Kyodo agentliyinə istinadla xəbər verir ki, Tokionun “Maxell Aqua Park Shinagawa” akvariumunda yaşayan su samuru noyabrın 23-də Yaponiyanın ilk qarşılaşmada Alamaniyaya qarşı qələbəsini proqnozlaşdırdığına görə yapon azarkeşləri tərəfindən qızğın onlayn təriflər alıb.
Bildirilir ki, oyun ərəfəsində Taiyo qarşısına qoyulan üç rəngli vedrədən üzərində yapon bayrağı olan mavi rəngli vedrəni seçərək, balaca topu onun içərisinə atıb. Təşkilatçıların qənaətin görə samur topu üzərində Almaniya bayrağı olan qırmızı vedərəyə atdıqda bu komanda qalib gələcəkdi. Top sarı rəngli vedrəyə atılacağı halda isə, oyun heç-heçə qurtaracaqdı.
Çox gərgin mübarizə şəraitində keçən oyunda Yaponiyanın 2:1 hesablı qələbəsindən sevinən yapon futbol pərəstişkarları internetdə su samurunun adını qışqıraraq, onu “əsil möcüzə” və “son dərəcə bacarıqlı” adlandırıblar. Azarkeşlər onun bazar günü Kosta Rika yığması ilə qrup mərhələsinin növbəti oyunu üçün proqnoz verəcəyinə də ümid edirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts