Site icon AJMEDIA Azərbaycanca

Muğam Mərkəzində xeyriyyə gecəsi təşkil olunub

Tokio, 9 dekabr, /AJMEDIA/

Beynəlxalq Muğam Mərkəzində “Huma Quşu” Təhsilə Yardım Fondu tərəfindən xeyriyyə gecəsi keçirilib.

AJMEDIA xəbər verir ki, “Huma Quşu: Xeyirxahlıq və cəsarət bələdçisi” adlı tədbirdə iştirakçılar əvvəlcə rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

“Huma Quşu” Təhsilə Yardım Fondunun prezidenti Şəhla Vəzirova çıxış edərək tədbirin əhəmiyyəti və mahiyyətindən danışıb.

Gecədə Xalq artisti Salman Qəmbərovun rəhbəri olduğu “Bakustik jazz” qrupu konsert proqramı ilə çıxış edib.

Qeyd edək ki, fond ikiillik fəaliyyəti dövründə 30-a yaxın qazi və tələbənin təhsilinə dəstək verib.

Exit mobile version