Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Qılınclı kəndinin videogörüntülərini paylaşıb

Tokio, 30 Noyabr, /AJMEDIA/

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Qılınclı kəndinin videogörüntülərini paylaşıb.

AJMEDIA Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Tərtər çayının sahilində, sıldırım qayalıq üstündə yerləşən kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana təhvil verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts