Müdafiə Nazirliyi: Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub

Tokio, 19 iyun , /AJMEDIA/

İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts