Tokio, 6 noyabr , /AJMEDIA/
Erməni sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocalı rayonunun Pirlər kəndi istiqamətində mülki traktora guya atəş açılması barədə yayılan məlumat yalandır.
Bu barədə Müdafiə Nazirliyindən AJMEDIA-ya bildiriblər.
“Bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə məlumatda qeyd olunub.