Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinin iyulun əvvəlində keçirilməsi nəzərdə tutulur

Tokio, 2 iyun , /AJMEDIA/

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinin iyulun əvvəlində keçirilməsi nəzərdə tutulur. İmtahanlar paytaxt Bakı ilə yanaşı, regionlarda da təşkil olunacaq.
AJMEDIA xəbər verir ki, bunu Təhsil Nazirliyinin feysbukda təşkil etdiyi “Təhsil masası” adlı həftəlik brifinqdə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Ruslan İsmayılbəyli deyib. O bildirib ki, test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim ediləcək və qəbul edilən yeni qərara uyğun olaraq onlara 120 dəqiqə vaxt veriləcək. İxtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.
Qeyd edək ki, iyunun 3-də 2022-2023-cü tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər iyunun 3-ü saat 11:00-dan iyunun 10-u saat 11:00-dək www.miq.edu.az vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts