Müəllimlər üçün 25 fənn üzrə təlim proqramına start verilir

Tokio, 3 fevral , /AJMEDIA/

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) pedaqoji kadr potensialının gücləndirilməsi məqsədilə müəllimlər üçün təlimlərə start verilir.
UNEC-dən AJMEDIA-ya bildirilib ki, fevralın 10-da başlanacaq təlimlər yeni fənlərin tədrisinin keyfiyyətinin artırılması məqsədi daşıyır. Təlimlər UNEC tərəfindən dəvət edilən Türkiyənin reytinqli universitetlərinin tədqiqatçı-alimləri, aparıcı mütəxəssisləri ilə yanaşı, yerli təlimçilər tərəfindən də aparılacaq.
Təlimlər “Zaman sıralarının təhlili”, “Dövlətin gəlir və xərclərinin idarə edilməsi”, “Müəssisə üçün mobil əlavələrin işlənilməsi”, “Polimer mühəndisliyi”, “Güc elektronika və elektrik intiqalı”, “Tədqiqat və layihə bacarıqları”, “Materialların təkrar emalı”, “Sosial işin qiymətləndirilməsi”, “Ekoloji biotexnologiya” və digər fənlər üzrə təşkil olunacaq.
25 fənn üzrə keçiriləcək təlimlərdə digər universitetlərin müəllimləri də iştirak edə bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts